Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Dmitri Mezentsevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Sizin uzaqgörən və müdrik rəhbərliyiniz ilə dövlətçiliyin möhkəmlənməsi işində, sosial-iqtisadi və mədəni sahələrdə dərin dəyişikliklər həyata keçirilməsində sanballı uğurlar qazanıb. Bu gün haqlı olaraq yüksək nüfuz qazanmış Azərbaycan beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində fəal rol oynayır.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 2015-ci ilin iyul ayında Ufada keçirilmiş sammitinin əhəmiyyətli yekunlarından biri ŞƏT üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının Azərbaycana bu təşkilatın dialoq üzrə tərəfdaşı statusu verilməsi haqda qərarı olub. Biz əminik ki, Azərbaycan ŞƏT çərçivəsində çoxplanlı qarşılıqlı əlaqələrin inkişafını və genişlənməsini dəstəkləyəcək.

Hörmətli İlham Heydər oğlu, icazə verin Sizə möhkəm cansağlığı, yeni uğurlar, xoş ovqat və firavanlıq arzularımı bildirim.

Hörmətlə,

Dmitri Mezentsev

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin