Şarl Mişel: Ukrayna sarsılmazdır
Kiyev, 19 yanvar, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel əməkdaşlığın gələcək sahələrini müzakirə etmək üçün Kiyevdə səfərdədir.
AZƏRTAC-ın məlumatına görə, Şarl Mişel tviter səhifəsində yazıb ki, o əməkdaşlığın bütün sahələrini müzakirə etmək üçün Kiyevə gəlib. “2023-cü il qələbə və sülh ili olsun", - deyə Mişel vurğulayıb.
O, artıq Ukrayna əsgərləri üçün reabilitasiya mərkəzinə baş çəkib.
“Kiyevdə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən reabilitasiya mərkəzində veteranların cəsarətindən şokdayam. Ukrayna sarsılmazdır”, - deyə Mişel yazıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev