ELM VƏ TƏHSİL
SAT imtahanları keçirilib
Bakı, 3 oktyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti SAT imtahanlarını (2 fərqli SAT imtahanı: SAT və SAT esse) keçirib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahanlar komissiyanın inzibati binasında təşkil olunmaqla, tam təlimata uyğun aparılıb. İmtahanlarda cəmi 16 nəfər iştirak edib və imtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün lazımi şərait yaradılıb.
İmtahan nəticələrinin oktyabrın 27-də elan olunması gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [13:06]
“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya
- 08.05.2024 [12:22]
Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır
- 08.05.2024 [12:12]