İQTİSADİYYAT
“Sazz internet” Silahlı Qüvvələr Günü münasibətilə kampaniyaya başlamışdır
Bakı, 25 iyun (AZƏRTAC). “Sazz internet” 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə ölkənin hərbi qulluqçuları üçün xüsusi hədiyyə kampaniyası keçirir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, kampaniyada iştirak edən bütün hərbi qulluqçulara “Sazz USB” modemi hədiyyə olunacaqdır. Kampaniya iştirakçısı olmaq üçün sadəcə abonent müqaviləsini imzalayaraq bir aylıq abunə haqqını (25 manat) ödəmək kifayətdir.
Kampaniyadan faydalanmaq istəyən hərbi qulluqçular istənilən “Sazz” satış nöqtəsinə müraciət edərək Müdafiə Nazirliyi tərəfindən verilmiş hərbçi vəsiqəsini təqdim etməlidirlər. Hədiyyə kampaniyası iyunun 26-dan 30-dək “Sazz” satış nöqtələrində keçiriləcəkdir.
“Sazz İnternet” yeni abonentlərə internet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.