Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO
Bakı, 7 avqust, AZƏRTAC
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada baş verən yanğın Fövqəladə Halar Nazirliyinin (FHN) qüvvələri tərəfindən məhdudlaşdırılıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, binada arakəsmələrin taxta konstruksiyalardan ibarət olmasının alovun yayılma riskini artırması və yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirməsinə baxmayaraq, yanğınsöndürənlərin peşəkarlığı sayəsində yanğının genişlənməsinə imkan verilməyib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
13:44
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar FHN-in qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Əlavə məlumat veriləcək.
11:37
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.