SEÇKİLƏRİ MÜŞAHİDƏ EDƏCƏKLƏR
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 19-da Qazaxıstan Respublikası parlamentinə növbəti seçkilər keçiriləcəkdir. Seçkilərdə Milli Məclisin deputatları Aydın Mirzəzadə, Vaqif Abdullayev, Cahangir Hüseynov, Rifət Ağalarov, Səyyad Salahlı, Elman Məmmədov, Kərəm Əliyev və Rauf Qurbanov müşahidəçi kimi iştirak edəcəklər. Deputatlarımız Almatı və Astana şəhərlərindəki seçki məntəqələrində olacaq, prosesin gedişini izləyəcəklər.
Səfər sentyabrın 21-də başa çatacaqdır.