Sədərək rayonunda suvarma suyu ilə bağlı problem həll olunur



Naxçıvan, 14 mart, AZƏRTAC
Martın 14-də “Sədərək” firması tərəfindən Sədərək rayonunda həyətyanı sahələrin suvarma suyuna olan tələbatın ödənilməsi məqsədilə qazılan 6 yeni subartezian quyusu istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak edib. Rayon sakinləri ilə görüşən səlahiyyətli nümayəndə subartezian quyularının istismara verilməsi prosesinin davamlı olacağını diqqətə çatdırıb. Vurğulanıb ki, rayonda içməli su və kanalizasiya sistemləri, yol infrastrukturu sahələrində uzun illərdir olan problemlərin gələn ilin mart ayına kimi həll olunması nəzərdə tutulub.
Qeyd edək ki, “Sədərək” firması tərəfindən rayonda həyətyanı sahələrin suvarma suyuna olan tələbatının tam ödənilməsi üçün, ümumilikdə, 30 subartezian quyusunun istismara verilməsi nəzərdə tutulur. Hazırda işlərin 50 faizi görülüb. Yeni istifadəyə verilən 6 subartezian quyusunun hər birinin su sərfiyyatı saatda 25 kubmetrdir. Tikinti-quruculuq işləri çərçivəsində diametri 200 millimetr borularla 7 kilometr, diametri 110 millimetr borularla isə 1,5 kilometr olmaqla, ümumilikdə, 8,5 kilometr suvarma su xətti də çəkilib. Layihə üzrə işlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [20:35]
Qaxda “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib
- 25.04.2025 [18:30]
Tərtərdə ağacəkmə aksiyası keçirilib
- 25.04.2025 [18:25]
Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib
- 25.04.2025 [17:50]
Şəki teatrında Bəxtiyar Vahabzadənin əsəri səhnələşdirilir
- 25.04.2025 [17:27]