Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Şəfəq Hüseynli: Paralimpiya Oyunlarında ÜADA-nın müşahidə missiyasına rəhbərlik etmək mənim üçün əvəzsiz təcrübə oldu

Şəfəq Hüseynli: Paralimpiya Oyunlarında ÜADA-nın müşahidə missiyasına rəhbərlik etmək mənim üçün əvəzsiz təcrübə oldu

Bakı, 19 mart, AZƏRTAC

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli “Pekin-2022” Qış Paralimpiya Oyunlarında Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) müstəqil müşahidəçi qrupuna rəhbərlik etməsi, qrupun fəaliyyəti və paralimpiyaçıların test prosesi barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Şəfəq xanım, iki həftə əvvəl “Pekin-2022” Qış Paralimpiya Oyunlarına yola düşməzdən əvvəl Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibə vermişdiniz. Artıq Qış Paralimpiya Oyunları başa çatıb. Dünyanın ən mötəbər yarışlarından olan Qış Paralimpiya Oyunlarında Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) Müstəqil Müşahidəçi Qrupuna rəhbərliyi uğurla həyata keçirdiniz və ölkəmizi təmsil etdiniz. Ümumiyyətlə yarış haqqında təəssüratlarınız və müşahidələriniz nədən ibarətdir?

- İlk növbədə, AMADA-nın fəaliyyətini daim diqqətə saxladığına görə AZƏRTAC-a təşəkkür edirəm. XIII Qış Paralimpiya Oyunları dünyada ən böyük idman hadisələrindən biridir. Təbii ki, bu yarışlara idmançılar xüsusilə ciddi hazırlaşırlar. Çünki Paralimpiya və Olimpiya oyunlarında iştirak etmək, nailiyyət qazanmaq idmançıların karyeraları üçün zirvə hesab olunur. Təşkilatçılar da bu amili daim nəzərə alır, yarışların sağlam rəqabət şəraitində və ədalətli idman mühitində keçməsinə böyük əhəmiyyət verir. Bu yarışlarda ÜADA-nın müstəqil müşahidəçi qrupuna rəhbərlik etmək mənim üçün də ilk təcrübə idi. Hesab edirəm ki, belə bir məsul vəzifədə ölkəmizi təmsil etmək əhəmiyyətlidir. Ümumilikdə yarışlarla bağlı təşkilatçılıq yüksək səviyyədə idi. Eyni zamanda, pandemiya səbəbindən çox ciddi tədbirlər görülmüşdü. Yarışlar boyunca dopinq nəzarəti də pandemiyanın yaratdığı şərtlərə - təhlükəsizlik və gigiyenik tələblərə uyğun həyata keçirildi. Ümumilikdə deyə bilərəm ki, rəqabətin yüksək olduğu, idmançıların böyük əzm nümayiş etdirdiyi maraqlı yarışlar oldu.

- İstərdim rəhbərlik etdiyiniz müstəqil müşahidəçi qrupunun fəaliyyəti barədə məlumat verərdiniz. Ümumiyyətlə, yarışlarda dopinq nəzarəti hansı səviyyədə idi?

- Qeyd edim ki, yarışlarda çox ciddi dopinq nəzarəti mövcud idi. Oyunlar müddətində təxminən 700 test nümunəsi götürülüb. Nəzərə alsaq ki, yarışlarda ümumilikdə idmanın 6 növü üzrə 560 idmançı iştirak edirdi. Bu rəqəmlər özü dopinq nəzarətinin səviyyəsini göstərir. Deyə bilərəm ki, ehtimallar, risklər, idman növlərinin xüsusiyyətləri nəzərə alınmaqla geniş bir test proqramı icra edildi. Müşahidəçi qrupun fəaliyyətinə gəldikdə isə yarışlarda antidopinq proqramının həyata keçirilməsini ətraflı müşahidə etdik. Gündəlik görüşlər keçirilərək müşahidələrin nəticələri təhlil edilir və buna uyğun müəyyən tövsiyələr verilirdi. Əsas məqsədimiz o idi ki, idmançılar ədalətli və təmiz idman mühitində yarışsınlar. Deyə bilərəm ki, müşahidəçi qrupu öz missiyasını uğurla yerinə yetirdi. Təbii ki, müşahidələrin yekunları ilə bağlı daha ətraflı hesabatı ÜADA-ya təqdim edəcəyik. Bu hesabat əsasında Paralimpiya Oyunlarında dopinq nəzarətinin necə keçirilməsinə qiymət veriləcək.

- Təbii ki, dopinq nəzarəti prosesində idmançıların müəyyən öhdəlikləri ilə yanaşı, hüquqları da var. Siz qeyd etdiniz ki, yarışlarda çox ciddi dopinq nəzarəti mövcud idi. Maraqlıdır idmançıların buna münasibəti necə idi?

- Dopinq nəzarəti zamanı idmançıların hüquqlarının qorunması çox vacib məsələdir. Bildiyiniz kimi, antidopinqdə İdmançıların Hüquqları Aktı mövcuddur. Hansı ki, idmançıların dopinq nəzarəti zamanı sahib olduğu hüquqlar məhz bu sənəddə əksini tapıb. Bizim müşahidəçi qrupun fəaliyyətində də idmançıların hüquqlarının necə təmin edilməsi məsələsinə xüsusi əhəmiyyət verilirdi. Təsadüfi deyil ki, müşahidəçi qrupun üzvlərindən biri avarçəkmə üzrə peşəkar idmançı Adriana Eskobar idi. O, eyni zamanda, ÜADA-nın İdmançı Komitəsinin üzvüdür. Ümumiyyətlə, idmançıların nümayəndəsinin hər hansı antidopinq fəaliyyətinə cəlb edilməsi çox vacib məqamdır. Bizim müşahidəçi qrupunun fəaliyyətinin və həmin üzvün əsas missiyası dopinq nəzarəti zamanı idmançıların hüquqlarının qorunmasının necə həyata keçirilməsini yoxlamaq idi. Bu cür audit və ya digər yoxlama qruplarında idmançı nümayəndənin olması prosesə idmançıların prizmasından yanaşmağa imkan verir. Bu isə öz növbəsində dopinq nəzarəti zamanı idmançıların hüquqlarının hansı səviyyədə təmin olunmasını daha yaxşı müşahidə etmək və obyektiv nəticə çıxarmaq üçün vacibdir.

- Ümumilikdə budəfəki Qış Paralimpiya Oyunlarında hansı yeniliklər var idi?

- Ümumiyyətlə, bir sıra yenilikləri gördük. Bu yeniliklər həm ümumilikdə oyunlarla, həm də dopinq nəzarəti ilə bağlı idi. Dopinq nəzarəti ilə bağlı əsas yenilik o idi ki, ilk dəfə olaraq yeni yoxlama üsulu tətbiq edildi. Bu quru qan nümunəsidir. İdmançılardan qan damcısı götürülür və onun əsasında analiz aparılırdı. Təbii ki, əvvəllər tətbiq edilən digər üsullardan da istifadə olunurdu. Bundan əlavə, yeniliklər pandemiya ilə əlaqədar xüsusi prosedurlarla bağlı idi. Yəni, qadağa və məhdudiyyətlər var idi.

Oyunlarla bağlı əsas yeniliklərdən biri də bu yarışlara daha böyük marağın olması idi. Belə ki, bu yarışlar Paralimpiya tarixində ən çox yayımlanan yarışlar oldu.

Qeyd edim ki, Azərbaycanın nümayəndəsi kimi, Paralimpiya Oyunlarında ÜADA-nın müşahidə missiyasına rəhbərlik etmək mənim üçün də əvəzsiz təcrübə oldu. Paralimpiya Oyunlarında idmançıların göstərdikləri böyük əzmin və onların idmana necə bağlı olduqlarının şahidi olduq. Bu, bir daha göstərir ki, idman insanları birləşdirən bəşəri dəyərdir və biz hər zaman onun təmiz qalmasına və idmançılar üçün ədalətli mühitin qorunmasına çalışmalıyıq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj VİDEO

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb