SƏFƏR BAŞA ÇATDI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizdə ikigünlük rəsmi səfərdə olan Finlandiya Respublikasının Prezidenti xanım Tarya Halonen sentyabrın 30-da Bakıdan vətənə yola düşmüşdür.
Azərbaycanın və Finlandiyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Milli geyimli uşaqlar Finlandiya rəhbərinə və həyat yoldaşına gül dəstələri təqdim etdilər.
Finlandiya Respublikasının Prezidenti Tarya Haloneni və həyat yoldaşı Pentti Arayarvini Azərbaycanın Baş naziri Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov, digər rəsmi şəxslər yola saldılar.