SƏFƏR BAŞA ÇATDI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 24-də Bolqarıstan Respublikasına ikigünlük rəsmi səfəri başa çatmışdır.
Varna beynəlxalq hava limanında Prezident İlham Əliyevi Bolqarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, Varna şəhərinin meri Kiril Yordanov böyük hörmətlə yola saldılar.
X X X
Dövlətimizin başçısı həmin gün axşam Bakıya qayıtdı. Heydər Əliyev adına beynəlxalq hava limanında Prezident İlham Əliyevi Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.