Səfər başa çatdı

Naxçıvan, 30 may (AZƏRTAC). Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri mayın 30-da başa çatmışdır.
Naxçıvan beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər yola saldılar.
X X X
Dövlətimizin başçısı həmin gün Naxçıvandan Bakıya qayıtdı.