Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfər başa çatdı

Bakı, 29 avqust (AZƏRTAC). Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri başa çatmışdır.

Minsk Milli Aeroportunda görüşən Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko qısa söhbət etdilər.

Prezident Aleksandr Lukaşenko Prezident İlham Əliyevin Belarusa rəsmi səfərinin və bu səfər çərçivəsində aparılan danışıqların nəticələrinə toxunaraq dedi:

-Bu görüşlərin gedişində yeni ideyalar, təşəbbüslər yaranır. Budəfəki səfərin gedişində də belə oldu. Mən çox minnətdaram ki, bu ilin oktyabrında Bakıda bizim nümayəndə heyətimizi, ümumiyyətlə, görüşümüzün gedişində yaranan təklifləri götür-qoy edəcək birgə komissiyanı qəbul etməyə razı oldunuz. Siz dediyiniz kimi, bundan sonra hansı istiqamətdə hərəkət edəcəyimizi birmənalı olaraq müəyyənləşdirərik.

Belarus dövlətinin başçısı ölkəsinin Azərbaycan ilə ticarət əlaqələrinin maraqların qarşılıqlı təmin olunması əsasında genişləndirilməsini vurğulayaraq bildirdi:

-Biz məmnuniyyətlə Belarusda bütün bərabər imkanlar daxilində Azərbaycan mallarına üstünlük verəcəyik. Biz hər hansı bir güzəşt xahiş etmirik. Əgər bizim ticarət mübadiləsində və sairdə hər hansı bir maneə yoxdursa, fikrimcə, bunun mahiyyəti elə budur.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, Aleksandr Qriqoryeviç! Əvvəla qonaqpərvərliyə, mənə və nümayəndə heyətimin üzvlərinə göstərdiyiniz səmimi qəbula görə təşəkkür etmək istərdim. Mən öz səfərimin nəticələrindən çox məmnunam. Biz Sizinlə xeyli müddət bir yerdə olduq, çox mühüm məsələləri müzakirə etdik, o cümlədən, ilk növbədə, əlbəttə, ikitərəfli formatda danışıqlar apardıq və gələcək üçün böyük potensial görürük. Əlbəttə, artıq görülən işlər böyük təəssürat oyadır, ona görə ki, qısa müddət ərzində həm əmtəə dövriyyəsində, həm sənaye istehsalında, həm də energetika sahəsində böyük uğurlara nail olmuşuq. Ən başlıcası isə, biznesin və qarşılıqlı səmərəli ticarətin inkişafı üçün yeni yollar müəyyənləşdirmişik.

Prezident İlham Əliyev səfər çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı aparılan müzakirələrin əhəmiyyətli olduğunu bildirərək vurğuladı:

-Bunlar həm Azərbaycanda yeni istehsal sahələri, həm tikinti, həm kənd təsərrüfatı sektorları, həmçinin əczaçılıqla bağlı yeni istiqamətlərdir. Dünən biz bu məsələni müzakirə etdik, məlum oldu ki, potensial vardır. Yəni, bizim ikitərəfli münasibətlərdə bir çox sahə var ki, hələ işə düşməyib, amma böyük perspektivlərə malikdir. Düşünürəm ki, layihələrin gerçəkləşdirilməsi nadir təcrübədir. Qərarların qəbul edilməsi ilə onların həyata keçirilməsi arasındakı müddət çox azdır. Ən başlıcası isə bütün istiqamətlər üzrə münasibətləri qarşılıqlı inkişaf etdirmək arzusu vardır. Odur ki, mən böyük nikbinliklə, böyük planlarla qayıdıram və Bakıya çatan kimi də bütün bu layihələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsi üçün hökumət üzvlərinə bütün lazımi tapşırıqlar veriləcəkdir.

Prezident Aleksandr LUKAŞENKO: Azərbaycanda, Qafqazda ticarət münasibətləri yaratmaq əlbəttə, çox sərfəlidir. Amma Sizdən xahiş etmək istərdik ki, biz birlikdə digər ölkələrin bazarlarına çıxa bilək.

Prezident İlham ƏLİYEV: Biz də bu məsələdə çox maraqlıyıq. Ona görə ki, müəyyən müddətdən sonra bizim daxili bazarımız artıq bütünlüklə yerli istehsalla təmin olunacaqdır. Yəni, biz qarşımıza belə bir vəzifə qoymuşuq və xarici bazarlara çıxış məsələsi əlbəttə, bizim qarşımızda çox kəskin dayanacaqdır. Əgər bundan sonra da inkişaf etmək istəyiriksə, - təbii ki, biz bunu istəyirik, - gərək ixrac potensialı, ixrac bazarları haqqında düşünək. Bu məsələdə belaruslu istehsalçılarla birgə istehsal elə ixracyönümlü olacaqdır. Mən Sizin Qafqazda Azərbaycan ilə prioritet əməkdaşlıq haqqında qərarınızı alqışlayıram. Bunun üçün bütün imkanlarımız da, münasibətlərimiz də vardır. Bu gün Azərbaycan bütün Qafqaz iqtisadiyyatının təxminən 80 faizi deməkdir. Bu, nəhəng təbii ehtiyatları və böyük potensialı olan ölkədir. Odur ki, biz birlikdə çox işlər görə bilərik. Düşünürəm ki, üçüncü ölkələrin bazarlarına meyil göstərmək məhz əməkdaşlığımızın yeni istiqamətlərindən biri olacaqdır.

X X X

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Belarus Prezidenti Aleksandr Lukaşenko yola saldı.

X X X

Həmin gün Prezident İlham Əliyev Bakıya qayıtmışdır.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi Baş nazir Artur Rasizadə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kamil Əliyev: “Ağıllı şəhər” konsepsiyasında vaxta qənaət mühüm amillərdən biridir

İşıqfor işləmədikdə, bu nömrəyə zəng edin

Yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizminin tətbiqi nəzərdə tutulur

Nağdsız əməliyyatlar üzrə ƏDV-nin 50 faizinin qaytarılmasının əhatə dairəsinin genişlənməsi nəzərdə tutulur

Peru mətbuatı Azərbaycanın Zəfər Günündən yazıb

İxrac fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün əlavə vergi təşviqləri tətbiq ediləcək

Kukla Teatrında “Xoşbəxt olsun uşaqlar” adlı sərgi açılıb

Regionlərdə hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Zəfər və insan kapitalı: "Yüksəliş" müsabiqəsi yeni hədəflər fonunda - MƏQALƏ

Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb

Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək

Lu Mey: Böyük potensiala malik Çin-Azərbaycan münasibətləri dinamik inkişaf edir

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm başlayır

Gülarə Salayeva : “Dərya” əsəri xalqın ağrısını, qürurunu və yaddaşını özündə daşıyan mənəvi ehtiram nümunəsidir

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Qələbənin simfonik zirvəsi: Notalarda əks olunan 44 gün

Dövlət rüsumundan azadolma halları ilə bağlı pərakəndəlik aradan qaldırılır

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər davam etdirilir

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kollegiyasının Qərarı

Qeyri-iş günlərində malların gömrük rəsmiləşdirilməsi üçün qurumlar növbəli qaydada fəaliyyət göstərəcək

Yaponiyadakı ABŞ hərbçiləri üçün komendant saatı rejimi daha bir ay uzadılıb

Məhəmməd Həsənov: Daşınmaz əmlak sektorunda rəqəmsal ekosistemin yaradılması müştərilərə yeni imkanlar açır

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Dövlət Agentliyinin rəsmisi: Hər bir qrupun ehtiyaclarına və tələblərinə uyğun xidmətlər təqdim etmək əsas prioritetlərdəndir

İranın neft ixracının minimuma endiyi bildirilir

İordaniyada Azərbaycanın Zəfər Günü qeyd edilib

Azərbaycanın kayak və kanoeçiləri Batumidə beynəlxalq yarışda iştirak edəcəklər

BDYPİ bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Şəhid ailələri və qazilərin iştirakı ilə Zəfər Günü qeyd edilib

Aygün Əliyeva: QHT-lər 21 dövlət proqramı üzrə 113 tapşırığın icrasında 98,63 faiz nəticə göstərib

Səfir: Çin korrupsiyaya qarşı mübarizə sahəsində prioritetlərini müəyyənləşdirib

Bakıda ECOSOC statuslu QHT-lərin forumunun keçirilməsi planlaşdırılır

Misin qiyməti iyuldan bəri ən aşağı səviyyəyə enib

Bakıda BMT sammiti çərçivəsində ikitərəfli görüşlər olub

Politoloq: Zəfər Günü lider, xalq və ordunun sarsılmaz birliyinin təntənəsidir

Qızıl avqustdan bəri ən böyük həftəlik bahalaşmaya hazırlaşır

Milli qəhrəmanlıq salnaməsi

Son dörd ildə 500-dən çox QHT nümayəndəsinin bilik və bacarıqları artırılıb

Zəfərdən gələcəyə: Azərbaycan gəncliyinin yeni tarixi məsuliyyəti

“Sabah” fransalı futbolçu ilə yollarını ayırıb

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 130 mənzil verilib

Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti davam edir

İranla bağlı qeyri-müəyyənlik fonunda neftin qiyməti artır

Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib

Sosial şəbəkələrdə təhqirə məruz qalanlar hüquqlarını necə qoruya bilərlər? - Hakim açıqladı

Çin dizel yanacağının ixracını məhdudlaşdırmağı planlaşdırır

Dağlıq ərazilərə qar yağıb, hazırda bəzi yerlərdə duman müşahidə olunur

2026-2031-ci illərdə bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 4800 giqavat artacaq - Hesabat

Dövlət qulluğuna qəbul üzrə test imtahanında namizədlərin 459-u tələb olunan şərtləri ödəyib

Premyer Liqa: “Qarabağ” və “Neftçi” növbəti oyunlara çıxır

® Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndələri “44” filmini izləyiblər

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2000-ci il 5 may tarixli 8-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında gənclər, bədən tərbiyəsi və idman sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu Kitabçası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

“Azərbaycanın Zəfəri: hərbi strategiya, diplomatiya və milli birlik” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib

Paytaxtda avtobuslarla sərnişindaşımada rekord göstərici qeydə alınıb

Mingəçevirdə yük avtomobili bataqlıqda batıb, köməksiz vəziyyətdə qalmış iki nəfər təxliyə edilib

Şanlı Zəfərimizin 6-cı ildönümünə həsr olunmuş voleybol yarışları keçirilib

Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın inkişafı üzrə Fəaliyyət Planı qəbul edib

“Qarabağın daş yaddaşı” fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu başlayıb

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Zirvələrdə dalğalanan qürurumuz: Prezident Kitabxanasında Bayraq Günü

Yasamal və Nizami rayonlarının bəzi küçələrində işıq olmayacaq

Azərbaycan neftinin qiyməti 107 dollara çatır VİDEO

Azərbaycan neftinin qiyməti 107 dollara çatır VİDEO

Qızıl və gümüş ucuzlaşır VİDEO

Qızıl və gümüş ucuzlaşır VİDEO

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür VİDEO

6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür VİDEO

Fatmayıda yaşayış evində partlayış baş verib, 2 nəfər xəsarət alıb

Kuşner: Ukrayna ilə bağlı danışıqlara Avropa ölkələri də qoşula bilər

Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır

Xınalıq kəndinə 15 santimetr qar yağıb

Korsika Fransadan muxtariyyət danışıqlarının bərpasını tələb edir

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub

Azərbaycan əsgərinin Şuşaya daxil olması üçün hər gün dua edirdim – Litvalı jurnalist Riçardas Lapaytis

Tramp Oval Ofisdə gələcək dəyişikliklərə məhdudiyyətlər qoyub

Sorğu: Makrona etimad səviyyəsi Ollandın rekord göstəricisindən də aşağı düşüb

Kuşner Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları məhsuldar adlandırıb

Qətər ABŞ-dən əlavə mayeləşdirilmiş təbii qaz almaq üçün danışıqlar aparır

Sudan sərhədində atışmada iki Misir hərbçisi həlak olub

Vətən sevgisi və Zəfər qüruru məktəblilərin yaradıcılığında

“The Economist”: Ukrayna demoqrafik böhranla üzləşir

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4390 nəfərə çatıb

UEFA Avropa Liqası: “Yuventus” və “Marsel” səfərdə qalib gəlib

UEFA Konfrans Liqası: “Trabzonspor” öz meydanında məğlub olub, “Kayrat” səfərdə xal qazanıb

Türkiyə parlamenti Məkkə Birgə Müdafiə Sazişini təsdiq edib

ABŞ Prezidenti: Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq

Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm

ABŞ Kubaya qarşı sanksiyalar siyahısını genişləndirib

Demokratların qələbəsindən sonra “Tesla” və “SpaceX” şirkətlərinin səhmləri 15 faiz ucuzlaşıb

Pakistanda yol qəzasında 11 nəfər ölüb, 33 nəfər yaralanıb

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Fransada 5 noyabr aksiyaları: CGT nümayişçilərin sayının 1,6 milyona çatdığını açıqlayıb

Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatı davam edir

Lənkəran Dövlət Dram Teatrı Lerik rayonunda “Nəfəsim Vətən” tamaşası ilə çıxış edib

Türkiyənin Afyonkarahisar vilayətində 8 nəfəri qətlə yetirən şəxs tutulub - YENİLƏNİB

“Brexit” Britaniya şirkətlərinə dörd ildə 7,7 milyard funt-sterlinqə başa gəlib

Fransada kütləvi etirazlardan sonra hökumət həmkarlar ittifaqları ilə danışıqlara başlayır