Səfər başa çatdı
Bakı, 20 sentyabr (AZƏRTAC). Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasına işgüzar səfərini başa çatdıraraq Bakıya qayıtmışdır.
Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.