SƏFƏR BAŞA ÇATDI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Yunanıstan Respublikasının Prezidenti Konstantinos Stefanopulos iyunun 22-də Bakıdan yola düşmüşdür.
Azərbaycanın və Yunanıstanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Konstantinos Stefanopulosu Azərbaycanın Baş naziri Artur Rasizadə və xarici işlər naziri Elmar Məmmədyarov səmimiyyətlə yola saldılar.