SƏFƏR BAŞA ÇATDI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Moldova Respublikasının Prezidenti Vladimir Voronin oktyabrın 27-də Vətənə yola düşmüşdür.
Azərbaycanın və Moldovanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Milli geyimli oğlan və qız Moldova rəhbərinə gül dəstəsi təqdim etdilər.
Moldova Prezidenti Vladimir Voronini Azərbaycanın Baş naziri Artur Rasizadə, digər rəsmi şəxslər yola saldılar.