SƏFƏR BAŞA ÇATDI
Kiyevin “Borispol” beynəlxalq hava limanında Azərbaycan Prezidentini Ukrayna Prezidenti Leonid Kuçma böyük hörmətlə və mehribanlıqla yola saldı.
Azərbaycan dövlətinin başçısını yola salanlar arasında Ukraynanın dövlət və hökumət rəhbərləri, ölkəmizin Ukraynadakı səfiri Tələt Əliyev, bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri də var idi.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Bakıya qayıtdı. Dövlətimizin başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasnın rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.