SƏFƏR BAŞA ÇATDI
Azərbaycan Prezidenti İlham Əliyev maşın karvanının müşayiəti ilə Təbrizin hava limanına gəldi.
Hava limanında respublikamızın rəhbərinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Prezident İlham Əliyev onu yola salmağa gəlmiş sakinlərlə səmimi görüşüb sağollaşdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və onun xanımı Mehriban Əliyevanı təyyarənin pilləkəni yanında İranın kooperasiya naziri Əli Sufi, xarici işlər nazirinin müavini Möhsün Əminzadə, İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfəri, Şərqi Azərbaycan əyalətinin valisi Məhəmmədəli Sübhanullahi, Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov, İranın Bakıdakı səfiri Əfşar Süleymani mehribanlıqla yola saldılar.
X X X
Prezident İlham Əliyev həmin gün Vətənə qayıtdı.
Dövlətimizin başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.