SƏFƏR BAŞA ÇATDI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizdə üçgünlük rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti xanım Vayra Vike-Freyberqa oktyabrın 4-də Bakıdan Tbilisiyə yola düşmüşdür.
Azərbaycanın və Latviyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Milli geyimli uşaqlar Latviya rəhbərinə və həyat yoldaşına gül dəstələri təqdim etdilər.
Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqanı və həyat yoldaşı İmants Freyberqsi Azərbaycanın Baş naziri Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər yola saldılar.