SƏFƏR BAŞA ÇATDI
Bakıda işgüzar səfərdə olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 22-də vətənə yola düşmüşdür.
Azərbaycanın və Rusiyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Rusiya Prezidenti Vladimir Putini təyyarənin pilləkəni yanında Azərbaycanın Baş naziri Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər yola saldılar.