SƏFƏR BAŞA ÇATDI
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizdə ikigünlük rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər aprelin 5-də vətənə yola düşmüşdür.
Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Respublikasının Prezidentini və xanımını Azərbaycanın Baş naziri Artur Rasizadə, ölkəmizin Ankaradakı səfiri Zakir Həşimov, Türkiyənin Bakıdakı səfiri Turan Moralı, digər rəsmi şəxslər yola saldılar.