SƏFƏR BAŞA ÇATDI
Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Ukraynaya səfərini başa çatdıraraq vətənə yola düşdü.
Dövlətimizin başçısını Kiyevin Borispol beynəlxalq hava limanında Ukraynanın yüksək vəzifəli rəsmi şəxsləri yola saldılar.
X X X
Azərbaycan Prezidenti həmin gün gecə Bakıya qayıtdı. Heydər Əliyev adına beynəlxalq hava limanında Prezident İlham Əliyevi Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.