SƏFƏR BAŞA ÇATDI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıda ikigünlük rəsmi səfərdə olan Litva Respublikasının Prezidenti Valdas Adamkus iyunun 9-da vətənə yola düşmüşdür.
Azərbaycanın və Litvanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Milli geyimli uşaqlar Litvanın dövlət başçısına və onun xanımına gül dəstələri təqdim etdilər.
Litva Prezidenti Valdas Adamkusu və onun xanımını Azərbaycanın Baş naziri Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov, digər rəsmi şəxslər yola saldılar.