SƏFƏR BAŞA ÇATDI
Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Minsk milli hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Belarus Respublikasının Baş naziri Sergey Sidorski, xarici işlər naziri Sergey Martınov və digər yüksək vəzifəli dövlət, hökumət nümayəndələri böyük hörmət və ehtiramla yola saldılar.
X X X
Dövlətimizin başçısı oktyabrın 18-də Bakıya gəldi.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.