RƏSMİ XRONİKA
SƏFƏR BAŞA ÇATDI
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya dövlət səfəri başa çatdı.
Dövlətimizin başçısı Lill şəhərinin hava limanına gəldi.
Azərbaycanın və Fransanın dövlət bayraqları ilə bəzədilmiş hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Hərbi orkestrin ifasında Azərbaycanın və Fransanın dövlət himnləri səsləndi. Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Azərbaycan Prezidenti İlham Əliyevi Fransa hökumətinin, eləcə də Nord-Pa-de-Kale regionunun yüksək vəzifəli şəxsləri böyük hörmət və ehtiramla yola saldılar.
X X X
Prezident İlham Əliyev həmin gün gecə Bakıya qayıtdı.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.