SƏFƏR BAŞA ÇATDI
Fevralın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri başa çatmışdır.Dövlətimizin başçısı Berlin şəhərinin Teygel hava limanına gəldi.
Azərbaycanın və Almaniyanın dövlət bayraqları ilə bəzədilmiş hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Azərbaycan Prezidenti İlham Əliyevi Almaniyanın yüksək vəzifəli şəxsləri böyük hörmət və ehtiramla yola saldılar.
X X X
Prezident İlham Əliyev həmin gün Bakıya qayıtdı.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.