RƏSMİ XRONİKA
SƏFƏR BAŞA ÇATDI
Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistana rəsmi səfəri başa çatmışdır.
Azərbaycanın və Tacikistanın dövlət bayraqları ilə bəzədilmiş Düşənbə hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistan Prezidenti Emoməli Rəhmonov və digər yüksək vəzifəli şəxslər böyük hörmət və ehtiramla yola saldılar.
X X X
Prezident İlham Əliyev həmin gün Bakıya qayıtdı.
Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.