SƏFƏR BAŞA ÇATDI
AZƏRTAC xəbər verir ki, martın 31-də Polşa Prezidenti Lex Kaçinskinin Azərbaycana rəsmi səfəri başa çatmışdır.
Azərbaycan və Polşanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Təyyarənin pilləkəni yanında Polşa dövlətinin başçısını və xanımını Azərbaycanın Baş naziri Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər yola saldılar.