SƏFƏR BAŞA ÇATDI
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Koreya Respublikasına dövlət səfəri başa çatmışdır.
Azərbaycanın və Cənubi Koreyanın dövlət bayraqları ilə bəzədilmiş Pusan hava limanında Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Koreya Respublikasının yüksək vəzifəli şəxsləri böyük hörmət və ehtiramla yola saldılar.
X X X
Prezident İlham Əliyev həmin gün Bakıya qayıtdı.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.