SƏFƏR BAŞA ÇATDI
AZƏRTAC xəbər verir ki, aprelin 30-da Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Muxu Əliyevin Azərbaycana səfəri başa çatmışdır.
Heydər Əliyev adına beynəlxalq hava limanında hörmətli qonağı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Dağıstanın ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri Məhəmməd Qurbanov, Rusiyanın Bakıdakı səfiri Vasili İstratov və digər rəsmi şəxslər ehtiramla yola saldılar.