SƏFƏR BAŞA ÇATDI
AZƏRTAC xəbər verir ki, mayın 3-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri başa çatmışdır.Azərbaycanın və Belarusun dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Təyyarənin pilləkəni yanında Belarus Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycanın Baş naziri Artur Rasizadə, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.