SƏFƏR BAŞA ÇATDI
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri başa çatmışdır.
Azərbaycanın və Misirin dövlət bayraqları ilə bəzədilmiş Qahirə hava limanında Prezident İlham Əliyevi və xanımını Misirin yüksək vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla yola saldılar.
X X X
Prezident İlham Əliyev həmin gün axşam Bakıya gəldi.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.