SƏFƏR BAŞA ÇATDI
MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev iyunun 10-da Vətənə yola düşmüşdür.
Azərbaycan dövlətinin başçısını Pulkovo-1 hava limanında Rusiya XİN-in yüksək vəzifəli nümayəndələri, Azərbaycan diasporunun üzvləri yola saldılar.
X X X
Prezident İlham Əliyev həmin gün gecə Bakıya qayıtdı.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.