SƏFƏR BAŞA ÇATDI
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının 15-ci zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev iyunun 26-da İstanbuldan Vətənə yola düşmüşdür.
Azərbaycan dövlətinin başçısını Atatürk beynəlxalq hava limanında İstanbul valisi Müəmmər Gülər, şəhər bələdiyyəsinin başqanı Qədir Topbaş və digər rəsmi şəxslər böyük hörmət və ehtiramla yola saldılar.
X X X
Prezident İlham Əliyev həmin gün Bakıya gəldi.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava
limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.