RƏSMİ XRONİKA
SƏFƏR BAŞA ÇATDI
![SƏFƏR BAŞA ÇATDI](/files/2007/2/1200x630/1486987838430747430_1200x630.jpg)
İyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İordaniya Haşimilər Krallığına rəsmi səfəri başa çatmışdır.
Dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycanın və İordaniyanın dövlət bayraqları ilə bəzədilmiş Əmman şəhərinin Marka beynəlxalq hava limanında dövlətimizin başçısını İordaniya Baş nazirinin müavini, maliyyə naziri Ziyad Fariz, xarici işlər naziri Abdul İlah əl-Xətib və digər rəsmi şəxslər böyük hörmət və ehtiramla yola saldılar.
X X X
Prezident İlham Əliyev həmin gün axşam Bakıya qayıtdı.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə qarşıladı.