SƏFƏR BAŞA ÇATDI
Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri başa çatmışdır.
Azərbaycanın və Qazaxıstanın dövlət bayraqları ilə bəzədilmiş Astana beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi təyyarənin pilləkəni yanında Qazaxıstanın xarici işlər naziri Marat Tajin, nəqliyyat və kommunikasiyalar naziri Serik Axmetov, Astana şəhəri hakiminin müavini Yermek Amanşayev və digər rəsmi şəxslər səmimiyyətlə yola saldılar.
X X X
Dövlətimizin başçısı həmin gün Bakıya qayıtdı.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.