SƏFƏR BAŞA ÇATDI
Avqustun 22-də İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatmışdır.
Azərbaycanın və İranın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Təyyarənin pilləkəni yanında milli geyimli uşaqlar İran dövlətinin başçısına gül dəstəsi verdilər. İran Prezidenti Mahmud Əhmədinejadı Azərbaycanın Baş naziri Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər yola saldılar.