SƏFƏR BAŞA ÇATDI
AZƏRTAC xəbər verir ki, avqustun 28-də Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin Azərbaycana rəsmi səfəri başa çatmışdır.
Azərbaycanın və Qətərin dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qətər Dövlətinin Əmirini və onun xanımı Şeyxa Moza bint Nasir Al Misnədi təyyarənin pilləkəni yanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər yola saldılar.