SƏFƏR BAŞA ÇATDI
Oktyabrın 3-də Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiçin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatmışdır.
Azərbaycanın və Xorvatiyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Xorvatiya Prezidenti Stepan Mesiçi Azərbaycanın Baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər yola saldılar.