SƏFƏR BAŞA ÇATDI
Oktyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana səfəri başa çatmışdır.
Düşənbə hava limanında Azərbaycan dövlətinin başçısını Vladimir Ruşaylo və digər rəsmi şəxslər yola saldılar.
X X X
Dövlətimizin başçısı həmin gün axşam Bakıya qayıtdı. Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.