SƏFƏR BAŞA ÇATDI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının ikinci zirvə toplantısı çərçivəsində İrana səfərini başa çatdıraraq, oktyabrın 16-da Naxçıvana yola düşmüşdür.
Tehranın Mehrabad hava limanında Azərbaycan dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi İranın energetika naziri Pərviz Fəttah və digər rəsmi şəxslər böyük hörmət və ehtiramla yola saldılar.
X X X
Dövlətimizin başçısı həmin gün axşam Naxçıvan şəhərinə gəldi. Azərbaycan Prezidentini Naxçıvan beynəlxalq hava limanında muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov qarşıladı.
Dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Milli geyimli qızlar Prezident İlham Əliyevə gül dəstəsi təqdim etdilər.
Dövlətimizin başçısı onu qarşılamağa gələn ictimaiyyətin nümayəndələri ilə görüşdü.