SƏFƏR BAŞA ÇATDI
AZƏRTAC xəbər verir ki, fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana dövlət səfəri başa çatmışdır.
Azərbaycanın və Macarıstanın dövlət bayraqlarının asıldığı Budapeştin “Farihegi-2” beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Macarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, digər rəsmi şəxslər böyük hörmət və ehtiramla yola saldılar.
X X X
Dövlətimizin başçısı həmin gün gecə Bakıya qayıtdı. Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.