RƏSMİ XRONİKA
SƏFƏR BAŞA ÇATDI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, NATO-nun sammitində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya səfəri aprelin 4-də başa çatmışdır.
Buxarestin Baneasa beynəlxalq hava limanında Azərbaycan Prezidentini və xanımını Rumıniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.
X X X
Dövlətimizin başçısı həmin gün Vətənə qayıtmışdır.
Prezident İlham Əliyevi Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.