SƏFƏR BAŞA ÇATDI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyunun 4-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın Naxçıvan Muxtar Respublikasına səfəri başa çatmışdır. Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş Naxçıvan hava limanında hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Milli geyimli oğlan və qız Türkiyənin Baş nazirinə və xanımına gül dəstələri təqdim etdilər.
Baş nazir Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva səmimiyyətlə yola saldılar.
######
