RƏSMİ XRONİKA
SƏFƏR BAŞA ÇATDI
AZƏRTAC xəbər verir ki, MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sankt-Peterburqa səfəri iyunun 7-də başa çatmışdır.
Azərbaycan dövlətinin başçısını Pulkovo hava limanında Rusiyanın yüksək vəzifəli rəsmi şəxsləri yola saldılar.
X X X
Dövlətimizin başçısı həmin gün Bakıya gəldi.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.