SƏFƏR BAŞA ÇATDI
AZƏRTAC xəbər verir ki, iyulun 4-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri başa çatmışdır.
Azərbaycanın və Rusiyanın dövlət bayraqlarının asıldığı Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevi Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər yola saldılar.
######
![]() |
![]() |

