SƏFƏR BAŞA ÇATDI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Astananın 10 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirlərdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana işgüzar səfəri iyulun 6-da başa çatmışdır.
Astana beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Qazaxıstanın yüksək vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla yola saldılar.
X X X
Dövlətimizin başçısı həmin gün Bakıya gəldi.
Azərbaycan Prezidenti İlham Əliyevi Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev qarşıladılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:32]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [16:12]