SƏFƏR BAŞA ÇATDI
AZƏRTAC xəbər verir ki, noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri başa çatmışdır.
Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş Esenboğa hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər, Ankara valisi Kamal Önal və digər rəsmi şəxslər böyük hörmət və ehtiramla yola saldılar.
X X X
Dövlətimizin başçısı həmin gün axşam Bakıya qayıtmışdır.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.
######
