SƏFƏR BAŞA ÇATDI
Afina, 17 fevral (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yunanıstan Respublikasına dövlət səfəri başa çatmışdır.
Azərbaycanın və Yunanıstanın dövlət bayraqları ilə bəzədilmiş Afina beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Yunanıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmətlə yola saldılar.
X X X
Dövlətimizin başçısı həmin gün axşam Bakıya qayıtdı.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.