SƏFƏR BAŞA ÇATDI
Bakı, 6 fevral (AZƏRTAC). Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatmışdır.
Münxenin beynəlxalq hava limanından dövlətimizin başçısını Almaniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.
X X X
Həmin gün Prezident İlham Əliyev Vətənə qayıtmışdır.
Heydər Əliyev adına Beynəlxalq hava limanında dövlətimizin başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.