SƏFƏR BAŞA ÇATDI
Tallinn, 8 aprel (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, aprelin 8-də Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin Tallinndə, Kadriorqdakı Prezident sarayında rəsmi yolasalma mərasimi olmuşdur.
Azərbaycanın və Estoniyanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Estoniya Prezidenti Toomas Hendrik İlves və xanımı Evelin İlves Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Hərbi orkestrin ifasında Azərbaycanın və Estoniyanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Estoniya Prezidenti Toomas Hendrik İlves Azərbaycan nümayəndə heyətinin üzvləri, Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın dövlət və hökumət nümayəndələri ilə sağollaşdılar.
Estoniya Prezidenti Toomas Hendrik İlves və xanımı Evelin İlves Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı yola saldılar.
X X X
Prezident İlham Əliyev Tallinnin Lennart Meri adına Beynəlxalq hava limanından Bakıya yola düşdü.
X X X
Dövlətimizin başçısı həmin gün Bakıya qayıtdı.
Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |






